azerbaycan-duz-istehsalat-birliyi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 21 iyul 2010-cu ildə istismara verilmiş müəssisə ölkədə yeganə və ilk duz rafinasiya zavodudur. Xammalı Masazır gölündən təmin olunan Azərbaycan Duz İstehsalat Birliyi ölkəni və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək  imkanına malikdir. 

Layihəsi Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilmiş zavod ən müasir texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemləri ilə təchiz edilib. UNİCEF və Səhiyyə Nazirliyinin tövsiyəsi və dəstəyi ilə fəaliyyətə başlayan Masazır Duz Zavodu yüksək standartlara uyğun duz istehsal edir.

Zavod 24 saat iş rejimi ilə çalışır və illik istehsal gücü 90000 tondur. Ətraf  kəndlərdə  işsizliyin aradan qaldırılmasında da mühüm rolu olan müəssisədə 170 nəfər işçi daimi işlə təmin edilib. Həmçinin duz tədarükü mövsümündə ətraf kəndlərdən əlavə 200 nəfər əməkdaş cəlb olunur. 

Zavod 8 hektar ərazini əhatə edir. • 

İtaliya, Almaniya, Türkiyə kimi ölkələrin ən son texnoloji avadanlıqları ilə təchiz edilmiş Masazır Duz Zavodunda istehsal olunan qida və sənaye duzları müxtəlif  ölçülərdə və qablaşdırmalarda “AzərDuz”, “Salute”, “Bizim Duz”, “Alfa” markaları adı altında bazara təqdim edilir. 

Müəssisədə istehsal olunan sənaye duzları dəriçilik, heyvandarlıq, yol istismar idarələri, hovuzlar, filter sistemləri, qazanxanalar, neft sənayesi ilə yanaşı, pendirçilik, çörəkçilik, balıqçılıq və turşuçuluq sahələrində də geniş istifadə olunur.

Məhsullarımız ölkədaxili tələbatı ödəməklə yanaşı Rusiya, Qazaxıstan, Gürcüstan, və s. ölkələrə də ixrac olunur.

Fəaliyyətə başladığı ilk gündən daim yenilik və tərəqqi axtarışında olan, eləcə də yeni sistem və layihələr üzərində çalışan Azərbaycan Duz İstehsalat Birliyi bir çox beynəlxalq sertifikatlara layiq görülüb. TS EN ISO 9001-2015, Uyğunluq Sertifikatı, Gigiyenik Sertifikat, Kosher və digər sertifikatlar bunun bariz nümunəsidir.

Həmçinin müəssisə fəaliyyətə başladığı gündən etibarən daim ətraf kəndlərdə yaşayan aztəminatlı ailələrə dəstək və yardım göstərməkdədir.