
Xörək duzu ilə hansı xəstəlikləri müalicə etmək olar?
Paylaş
Qədim zamanlardan bəri ənənəvi tibbdə, hətta
Hippokratın praktikasında belə duz istifadə edilirdi. Duz vasitəsilə mikroblar
və toksinlər məhv edilir, bəzi xəstəliklər müalicə olunurdu. Bəs hansı xəstəliklər duzla müalicə edilə
bilər?
1.
Boğaz iltihabları:
Boğaz iltihabı zamanı duzlu su ilə qarqara etmək müalicəvi effekt verir.
Üstəlik, diş və damaq iltihabı zamanı da duz və su məhlulundan istifadə etmək
olar. Bunun üçün yarım çay qaşığı duzu bir stəkan ilıq suya əlavə etmək
kifayətdir.
2.
Dəri təmizlənməsi:
Xörək duzunu yağlı xama ilə qarışdıraraq dərini təmizləyici vasitə kimi
istifadə etmək olar. Bu qarışım dərini dərinləşdirilmiş şəkildə təmizləyir və
ölü dəri hüceyrələrini aradan qaldırır.
3.
Baş ağrısı:
Baş ağrısı zamanı yenə də duz və ilıq su qarışığı kömək edə bilər. Bu qarışım
bədənin su-duz balansını tənzimləyərək ağrını yüngülləşdirə bilər.
Bir sözlə, xəstəliklərdən uzaq qalmaq və sağlamlığınızı qorumaq üçün
qida rasionunuza mütəmadi olaraq duz əlavə etməyi unutmayın.