2010-cu ildən etibarən Azərduz markasının bazara təqdim edilməsi ilə bərabər yodlaşdırılmış duzun faydaları barədə də kütləvi məlumatlandırma işləri aparılmışdır.
     Azərbaycan təbiətinin çox zəngin olmasına baxmayaraq torpağında, suyunda və bəzi qida məhsullarında yod azlığı müşahidə olunur. Məlumatlar və araşdırmalar göstərir ki, Azərbaycanın demək olar ki, bütün bölgələrində yod çatışmazlığı geniş yayılmışdır. Azərbaycan vətəndaşlarının 75%-i yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdən əziyyət çəkir. Yod çatışmazlığı insan səhhətində bir sıra problemlərə, fiziki və əqli zəifliyə, immunitetin aşağı düşməsinə və xalq arasında zob adı ilə məşhur olan ur xəstəliyi və digər problemlərə səbəb olur.
     Bu problemlərlə qarşılaşmamaq üçün insan rasionunda mütləq yodlaşdırılmış duz yer almalıdır.  
     Azərduz 100% təbii, yodlaşdırılmış, ağ rəngli, əla növ ekstra duzdur. Azərduzun tərkibində 40 mgm yod vardır ki, bu da Azərbaycan respublikası Səhiyyə Nazirliyi tərəfindən tövsiyə edilən miqdardır. Yodlaşdırılmış tərkib zob adı ilə tanınan ur xəstəliyin profilaktikasında, immunitetin normada qalmasında, fiziki və əqli zəifliyin təmin edilməsində böyük əhəmiyyət daşıyır. Azərduzun 0.8 qramı digər kristallik duzların 1 qramına bərabərdir.
     Azərduz müasir texnoloji usullarla tam gigiyenik, insan təması olmayan şəraitdə istehsal edilir.
 
     DİQQƏT: Azərduzun tərkibində insan sağlamlığı üçün çox vacib olan yod vardır. Yod maddəsi asanlıqla buxarlana bildiyi üçün, Azərduzun ağzı qapalı şəkildə saxlanılması tövsiyə edilir, əks halda duzun tərkibindəki yod maddəsinin buxarlana bilər.

Müştəri xidmətləri: 120
----------------------------------------
Azərsun Holding:
Bakı ş., Azərbaycan, AZ1014
H. Əliyev küç. 71.
----------------------------------------
Veb-sayt: www.azerduz.az
e-mail: office@azerduz.az