İstehsal
     Masazır Duz Rafinasiya Zavodu 21 iyul 2010 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
     Bu, Azərbaycanda ilk duz rafinasiya zavodudur. Zavodu duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair proqrama uyğun olaraq “Azərsun Holdinq” tikib. Layihə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilib. Yeddi hektar ərazini əhatə edən istehsal müəssisəsinin gündəlik emal gücü 300 tondur. Zavodun iş mexanizmi avtomatlaşdırılmış sistem əsasında qurulmuşdur. Duzun daşınması üçün Masazır-Novxanı avtomobil yolundan zavodadək əlavə yol çəkilib, torpaq qatını və qurğuları sudan qorumaq üçün sahilboyu bloklar düzülüb.
 
     Zavodun “Azərduz” və “Bizim duz” brendi ilə istehsal etdiyi duz Azərbaycan və dünya bazarına çıxarılacaq.
     Masazır gölünün ümumi sahəsi 10 km²-dir. Göldə duz iki vəziyyətdə - lay və suyun tərkibində məhlul şəklində mövcuddur. Gölün duz ehtiyatı təxminən 1 milyon 735 min tondur.
 

Müştəri xidmətləri: 120
----------------------------------------
Azərsun Holding:
Bakı ş., Azərbaycan, AZ1014
H. Əliyev küç. 71.
----------------------------------------
Veb-sayt: www.azerduz.az
e-mail: office@azerduz.az