Yodlaşdırılmış duz
     Yodşadırılmış duz probleminə son vaxtlar niyə bu qədər diqqət ayrılır?
 
     Məsələ burasındadır ki, hal-hazırda dünya əhalisinin rastlaşdığı ur xəstəliyi, fiziki və əqli inkişafdan geri qalmanın əsas səbəbi yod çatışmazlığıdır. Bu isə qarşısı alına biləcək problemdir. Sadəcə bir çimdik duzun çatışmazlığına görə planetin əksər hissəsi yod çatışmazlığının yarana biləcəyi psixi və fiziki qabiliyyətin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdır.

     Uşaqların normal inkişafı və böyüklərin orqanizmin normal işləməsi üçün yodun gündəlik qəbulu tövsiyə edilir. Bunun ən sadə həlli isə rasiona yodlaşdırılmış duzun salınmasıdır. Hər bir insan sutkada 100-200 mqr yod – yodlaşdırılmış duz qəbul etməlidir. 
 
     Duz yod qəbulunun ən stabil yoludur. Yodun keyfiyyətinə dair beynəlxalq tələblər Qida Məcəlləsi (Codex Alimentarius) ilə tənzimlənir. Yodlaşdırılmış duz ən azı 98 % natrium xlorid olmalıdır.
 
     Yodlaşdırılmış duzun istifadə müddətidir 9 aydır. Buna görə də duz satın alarkən mütləq onun istifadə müddətinə baxmaq lazımdır.
     Yodlaşdırılmış duz barədə nələri bilmək lazımdır?
  • Düzgün istifadə edilmədikdə yod buxarlana bilər: əgər duz nəm olubsa və ya bir müddət açıq qabda saxlanılıbsa.
  • Yodlaşdırılmış duzu bağlı qabda saxlamaq məsləhətdir. Ən yaxşısı qabalı şüşə bankadır.
  • İsidilmə və əsasən də bişirilən yeməyin uzun müddət qaynadılması zamanı əlavə edilən duzun tərkibindən duz buxarlana bilər. Ona görə də xörəyə duzu qaynayan zaman yox, süfrəyə verilərkən əlavə etmək məsləhətdir.    
Müştəri xidmətləri: 120
----------------------------------------
Azərsun Holding:
Bakı ş., Azərbaycan, AZ1014
H. Əliyev küç. 71.
----------------------------------------
Veb-sayt: www.azerduz.az
e-mail: office@azerduz.az