etraf-muhitin-muhafizesi

Davamlı inkişafa açıq bir gələcək naminə, hər cür fəaliyyətlərimiz sırasında ətraf mühitə qarşı olan mənfi təsirlərimizi ən aza endirə bilmək üçün lazımi tədbirləri almaq, işimizin ayrılmaz bir parçasıdır.
Bu məqsədlə:
· Ətraf mühit ilə əlaqədar bütün yerli qanun və təlimatlara riayət edilir.
· Məhsul və proseslər ilə əlaqədar layihələr hazırlanarkən ətraf mühitə qarşı təsirlər diqqətə alınaraq kirlilik mənbəyində önlənməyə çalışılır.
· Elektrik, yanacaq və su sərfiyyatlarını azaldacaq tədbirlər alınır və hər il hədəflər qoyularaq davamlı inkişaf təmin edilir.
· Fəaliyyətlərimiz sırasında əmələ gələn qatı, maye və qaz tullantılarımızı azaldacaq tədbirlər alınır, təkrar istifadə və regenerasiya imkanları tətbiq edilməyə çalışılır.
· Fəaliyyətlərimiz sırasında meydana gələ biləcək hər hansı bir qəza və ya təcili hallarda, ətraf mühitə vurulan zərərləri ən az səviyyəyə endirəcək tədbirlər planlanıb tətbiq edilir.
· Ətraf mühit mövzusunda müvəffəqiyyətə nail olmaq üçün bütün işçilərimiz məlumatlandırılır və və fərdi məsuliyyət qazandırmaq üçün tədrislər keçirilrir.
· Beynəlxalq və yerli rəsmi quruluşlar, digər sənayi quruluşları və tədarükçülər ilə işbirliyi təmin edilərək, ətraf mühit standartlarımızın həmişə birlikdə yüksəldilməsinə çalışılır.
· İş yerlərimizdəki bütün işçilərimiz və podratçı təşkilatlar, bu siyasətdəki hədəflərə yetişmək üçün iş birliyi içində çalışırlar. Hər şöbə özünə aid əməliyyatları ilə əlaqədar lazımi tədbirləri almaq və həyata keçirməyə görə məsuliyyət daşıyır.