Xammalın istehsalata girişindən hazır məhsulun istehlakına qədər bütün mərhələlərdə Keyfiyyət və Qida təhlükəsizliyi bizim üçün ən önəmli hissədir.
Bunun üçün biz daim aşağdakı fəaliyyətləri təqib edirik:
- Keyfiyyətli və Qida təhlükəsizliyi qaydalarına uyğun məhsul istehsal etmək üçün Dövlət qanunlarını, Milli və Beynəlxalq Standartların tələblərini bütün işçilərimizin iştirakı ilə tətbiq etmək və effektivliyini davamlı yaxşılaşdırmaq;
- Qida zənciri boyu məhsulun təhlükəsizliyini təmin etmək;
- Beynəlxalq Standartlar üzrə İdarəetmə Sistemlərinin inkişafına müsbət təsir edən qabaqcıl metodlardan istifadə etməklə, müasir texnika və texnologiyaların tətbiqinə nail olmaq;
- Standartlara uyğun yüksək keyfiyyətli və etibarlı məhsul istehsal etmək;
- Gigiyena, ətraf mühit, insan sağlamlığı və təhlükəsizlik qaydalarına əməl etməklə lider müəssisə olmaq;
- İşçilərin bilik, bacarıq və peşə təcrübələrini həvəsləndirmə və tədris yolu ilə artırmaq,
- Müştəri məmnuniyyətini təmin edərək, davamlı inkişafa nail olmaq;
- Fəaliyyətimizdə risk və aspektləri dəyərləndirərək, müvafiq tədbirlər görmək, etibarlı iş mühiti yaratmaq və bunun qorunması.
Əlavə olaraq ehtiyac duyulan digər operativ tədbirlər də bura daxildir.